28 noyabr 2019 16:28
1095

Qadını küçənin ortasında vəhşicəsinə DÖYDÜ VİDEO

Türkiyənin Qaziantəp şəhərində bir kişinin arvadı olduğu təxmin edilən qadını uşaqlarının gözü qarşısında küçənin ortasında döydüyü anlar kameraya düşüb.

Milli.Az İHA-ya istinadən xəbər verir ki, kameraya düşən görüntülər görənləri dəhşətə gətirib. Kişi 5-6 yaşlı qızın yanında mübahisə etdiyi arvadını dəfələrlə təpikləyib.

Azyaşlı qız ağlayaraq anasının döyülməsinə məcbur şahidlik edərkən yoldan keçən bir qadın və iki kişinin hadisəyə etinasız yanaşması izləyiciləri hiddətləndirib. 

Hadisə anı isə bir vətəndaş tərəfindən anbaan mobil telefonun kamerası ilə çəkilib.