Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.
MN-dən verilən məlumata görə, birgə taktiki təlimin son günü “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO