Mikayıl Cabbarov: İqtisadi fəallığın artırılmasına nail olmaq, yeni müəssisələrin yaradılmasını stimullaşdırmaq lazımdır
Ölkədə iqtisadi fəallığın artırılmasına nail olmaq, yeni müəssisələrin yaradılmasını stimullaşdırmaq lazımdır. Azərbaycanın İqtisadiyyat Nazirliyi qarşısında xüsusən qeyri-neft sektorunda artımın sürətləndirilməsi, kiçik və orta biznesin fəaliyyəti üçün şəraitin daha da yaxşılaşdırılması, azad rəqabətin təmin edilməsi kimi mühüm vəzifə və məqsədlər qoyulub.
Bunu Azəbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, İqtisadiyyat Nazirliyi iş proqramlarını yeniləmək, bununla da gələcək hədəflərini müəyyən etmək niyyətindədir: "İşimizi müsbət əsasda davam etdirəcəyik. Əgər makroiqtisadiyyatımıza nəzər salsaq, müsbət göstəricilər görmək olar. Xarici borcumuz azdır, makroiqtisadi sabitlik təmin olunub".
Yaxın Şərqdə baş verən proseslərin ölkədə inflyasiyaya təsiri... - Şahin Mahmudzadədən AÇIQLAMA
Azərbaycan Mərkəzi Bankı taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb