04 mart 2016 15:36
372

Formula 1-in Ən Yeni Ünvanı

Azərbaycan – Formula 1-in Ən Yeni Ünvanı

Bu yay Azərbaycanın paytaxtı Bakıda baş tutacaq Avropa Qran Prisi 2016-cı il Formula 1 mövsümünün ən maraqlı tədbirlərindən olacaq. Yarış cədvəlinə əsasən 2016-cı il FİA Formula 1 Dünya Çempionatı çərçivəsində martın ortalarından noyabr ayının sonunadək Formula 1 tarixində bir il ərzində ilk dəfə rekord sayda yarış, başqa sözlə 21 Qran Pri yarışı baş tutacaq.

Xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası Formula 1 təqviminə ən yeni əlavədir. Bu tədbir çərçivəsində 17-19 iyun 2016-cı il tarixlərini əhatə edən yarış həftəsonu ərzində bolidlər Bakının gözoxşayan mərkəzi küçələrindən keçəcəklər. Sürət, çağırış, cazibə – bu üç söz Bakı Şəhər Halqasını tam simvolizə edir. 

Biletlər

3 günlük yarış həftəsonu biletləri Sizə Formula 1 yarışının sərbəst yürüşlərini, təsnifat mərhələlərini, bazar günündə baş tutacaq əsas yarışı və axşam konsertlərini izləməyə imkan verəcək. Bu biletlərə sahib olanlar yarış həftəsonu ərzində  Formula 1 Şəhərciyində salınacaq müxtəlif əyləncə yerlərinə və ticarət zonalarına daxil ola biləcəklər.

Biletlər Bakının əvvəlcədən müəyyən edilmiş müxtəlif satış məntəqələrində satışa çıxarılacaq. Bilet satışı məntəqələri bu saytda elan olunacaq.

Bakı Şəhər Halqasının bilet satışı üzrə olan şərtləri ilə buradan tanış ola bilərsiniz.

Abşeron – Əsas tribuna

Abşeron tribunası yarışı dəqiq və yaxından izləyə bilmək baxımından ən üstün mövqedə yerləşib. Komandaların avtoqarajları ilə üzbəüz yerləşən Abşeron tribunasına (əsas tribuna) bilet alanlar yarışın yüksək adrenalin dolu başlanğıcına şahid olmaq və həyəcan verici pit-stop əməliyyatlarını izləmək üçün ən yaxşı mövqeyə sahibdirlər. Bu tribunada olan yarış həvəskarları Pit Yolu, start düzülüşü və finiş xəttini yaxından izləyə biləcəklər.

Ayaqüstü zonalar

Ümumi giriş bileti yarışı müxtəlif nöqtələrdən izləmək istəyən tamaşaçılar üçün yaradılıb. Bu bilet tamaşaçılara yarışı trek boyunca müxtəlif yerlərdə izləmək fürsəti verir. Azarkeşlər yarışa trekin müxtəlif hissələrində yerləşən tamaşaçı podyumlarından və ya çəmənliklərdə salınmış oturma yerlərindən tamaşa edə biləcəklər.

Digər tribunalar

Digər tribunalar yarış məkanının müxtəlif strateji məkanlarında yerləşdirilib və azarkeşlərə həm şəhərin füsunkar mənzərəsini, həm də nəfəsçəkən yarış anlarını yaxından izləməyə şərait yaradır. Bu tribunalara bilet alanlar yarışı şəhərin tarixi ruhu, onun keçmişdən günümüzədək gəlib çatan irsi və Xəzərin təravətləndirici mehi fonunda izləyə biləcəklər.

2016 Formula 1 Avropa Qran Prisinin Rəsmi Proqramı

Cümə, 17.06.16 

Formula 1 – Birinci sərbəst yürüş 14:00 – 15:30 
Formula 1 – İkinci sərbəst yürüş 18:00 – 19:30

Şənbə, 18.06.16
Formula 1 – Üçüncü sərbəst yürüş 15:00 – 16:00
Formula 1 – Təsnifat yarışı 18:00 - 19:00 

Bazar, 19.06.16 
2016 Formula 1 Avropa Qran Prisi 18:00 – 20:00 

Qonaqpərvərlik – Formula 1 Paddok Klubu 

Formula 1 Paddok Klubuna biletlərinizi bu gün sifariş edin və dünya üzrə idman qonaqpərvərliyinin ən yüksək zirvəsindən həzz alın. 

Formula 1 Paddok Klubunda hər şey sizin üçün yaradılıb. İmtiyazlı girişin, yüksək səviyyəli xidmətin, ləzzətli mətbəxin və yarışın füsunkar mənzərələrinin vəhdəti  Formula 1 təcrübəsinin necə yaşanmalı olduğunu bir daha nəzərinizə çatdırır. Digər beynəlxalq idman yarışları Sizə VİP şəxslərə və məşhurlara bu qədər yaxın olmaq fürsəti vermir. Formula 1 Paddok klubu Sizə, Pit Yolu ilə üzbəüz oturacaqlardan Formula 1-in təklif edə biləcəyi bütün həyəcanlı anlara şahid olmaq imkanını yaradır.

Paddok klubunun oturacaqları komandaların avtoqarajlarının üst hissəsində yerləşir və burada Pit Yoluna və Start / Finiş xəttinə füsunkar mənzərə açılır. Siz buradan yarışın ən həyəcanlı anlarını və qalib pilotun damalı bayrağı ötüb Finiş xəttinə birinci çatmasını izləyə biləcəksiniz. 

Formula 1 Paddok Klubunun təklif etdiyi ən təkrarolunmaz və ən müstəsna imkan Formula 1 Pit Yoluna bu klubun üzvləri üçün ekslyuziv və imtiyazlı giriş hüququnun verilməsidir. Siz yarış avtomobillərinin yaxınlığında həyəcanı hiss edəcək və komandaların avtoqarajlarında bolidlərin yarışlara necə hazırlandığının şahidi olacaqsınız. 

Formula 1 Paddok Klubu haqqında daha ətraflı məlumat əldə etmək üçün buraya daxil olun. VİP qonaqpərvərlik paketini əldə etmək üçün Bakı Şəhər Halqasının korporativ satış heyəti ilə +994 12 404 13 90 nömrəsi vasitəsi ilə əlaqə saxlayın.  

Otellər  

Bilet satışından başqa, biz Avropa Qran Prisinin keçiriləcəyi yarış günləri üçün otel rezervasiyalarını da qəbul edirik.
Biz, Bakı Şəhər Halqasına yaxın 3, 4 və 5 ulduzlu otellərin geniş çeşidini Sizə təklif edirik.

Otel rezervasiyalarını bu sayt vasitəsilə etmək mümkündür. Eyni zamanda, Siz bu səhifə vasitəsilə otellərdə boş yerlərin olub olmadığı haqda məlumat əldə edə bilərsiniz.