Mütəxəssislər qluten tərkibli məhsulların bağırsaq divarlarına yapışaraq bağırsaqlara zərər verdiyini bildirib. Onlar? həmçinin “dodaq boyasında istifadə edirsiniz. O, dodaqda 8 saat qalır. Onun qalmasına yardımçı olan da qlutendir” deyə bildiriblər.
Qluten yapışan, yapışdıran bir maddədir. Bu xüsusiyyətindən istifadə olunaraq sənayenin bütün sahələrində istifadə edilir. İnsan sağlamlığı üçün zərərli olmasının səbəbi də yapışqan olmasıdır. Qluten yapışqan olmasaydı insan sağlamlığına zərərli olmayacaqdı.
Hansı məhsullarda qluten var?
Düyünün tərkibində qluten maddəsi yoxdur, lakin buğda ilə eyni yerdə saxlandığı üçün düyüyə də qluten maddəsi qarışır. Kartofun tərkibində qluten yoxdur, lakin kartofdan hazırlanmış hazır qidalarda qluten olur çünki, yapışması üçün tərkibinə qluten qatılır. Evdə kartofdan hazırlanan qidalarda isə qluten olmur. Kağızdan və ya plastikdən hazırlanmış stəkanların əriməməsi üçün də qlutendən istifadə olunur. Sənaye sahəsində də yerlərdə qlutendən istifadə edilir. Buna görə də qlutenə qarşı həssaslıq və qluten ilə əlaqədar xəstəliklər ortaya çıxır.
Qluten bağırsaq divarına yapışır və məhv edir
Bağırsaq divarına yapışdığı zaman orqanizm reaksiya verir. Orqanizm qluteni kənarlaşdıra bilmir və qluten zərər verməyə davam edir. Nəticədə bağırsaq divarı zədələnir və struktur pozulur.
Həzm sistemi qlutenli məhsulları 3 ay parçalaya bilmir
Tərkibində qluten olan qidalarla qidalandıqda 3 ay boyunca həzm sistemi onu parçalaya və orqanizmdən kənarlaşdıra bilmir. Sağlam yaşamaq istəyirsinizsə qlutendən, karbonhidratdan və hazır qidalardan uzaq durmalısınız. Bütün xəstəliklər bağırsaq sistemi ilə əlaqədardır və bütün müalicələr bağırsaq sistemi nəzərə alınaraq edilməlidir.
Buğda arpa və çovdarın tərkibində qluten var. Yulafın tərkibində qluten yoxdur, lakin yulafın tərkibi qlutenlə çox oxşardır, belə ki, orqanizmimiz onu qluten kimi qəbul edir. Beləliklə, hər cür makaron, əriştə, bulqur və çörək qluten tərkiblidir.
Birinci növ buğdanın tərkibində də qluten var və turş maya qluteni yox edə bilməz. Mayalı buğda çörəyində də qluten var. Qlutensiz çörəklər düyü və qarğıdalı unundan hazırlanır. Lakin onların da qlisemik indeksi şəkərin iki qatıdır. Dolayısıyla qlutensiz çörək də yeməməlisiniz, çünki bu da şəkər xəstəliyinə səbəb ola bilər.
Röya Rasimqızı, “İki sahil”