Azərbaycan Ordusunun nümayəndələri NATO-nun Hərbi Tibb Mükəmməliyyət Mərkəzi və Rumıniya Milli Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Vigorous Warrior - 2019” çoxmillətli tibb təlimində iştirak edib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rumıniyanın Çinku təlim mərkəzində 39 ölkədən 2500 nəfərdən artıq nümayəndənin iştirak ilə keçirilən təlimin əsas məqsədi tibbi təminat sisteminin təkmilləşdirilməsi, idarəetmənin qiymətləndirilməsi, hərbi, mülki, beynəlxalq və qeyri-hökumət təşkilatları arasında qarşılıqlı əlaqənin qurulması qaydalarının məşq etdirilməsi olub.
Təlim zamanı tibbi təminat, kimyəvi, bioloji, radioloji, nüvə (KBRN) və partlayıcı qurğuların tətbiqinə qarşı hazırlıq, axtarış-xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, müasir texnoloji dəstək vasitələrinin tətbiqi və digər məsələlər öyrənilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub