Aprelin 4-də Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilir.
Tədbirin keçirilməsində əsas məqsəq Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan aprel döyüşlərinin üçüncü ildönümünü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verməkdir.
Tədbirdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər işçiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, KİV nümayəndələri, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər iştirak edirlər.
Tədbir çərçivəsində Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət ediləcək və abidənin yaxınlığındakı ərazidə aprel zəfərindən ötən hər gün üçün 1100 ağac əkiləcək. Həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində görüş keçiriləcək.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO