Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün aprelin 3-də Silahlı Qüvvələrin Hərbi Akademiyasına tanışlıq səfəri təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, 12 dövləti təmsil edən 14 hərbi attaşelik aparatının nümayəndələri akademiyanın tədris fəaliyyəti ilə tanış olub, onlara təhsil müəssisəsi haqqında brifinq təqdim edilib.
Sonra qonaqlar Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edərək orada nümayiş etdirilən ekspozisiyalarla tanış olublar.
Hərbi attaşelər tədbirin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub