29-30 mart tarixlərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olmuşlar.SOCAR-ın prezidenti Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüş keçirmişdir. Görüşdə tərəflər arasındakı əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olunmuş, gələcək əməkdaşlıq istiqamətlərinə toxunulmuş, perspektivli tərəfdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Rövnəq Abdullayev səfər çərçivəsində SOCAR Energy Georgia şirkətinin Tbilisidə yerləşən baş ofisində keçirilən işgüzar iclasda iştirak etmişdir. SOCAR Energy Georgia şirkətinin Baş direktoru Mahir Məmmədov şirkətin 2018-ci il üzrə əsas əməliyyat nəticələrini məruzə etmiş, 2019-cu il üçün nəzərdə tutulan strateji fəaliyyət planı barədə ətraflı məlumatlar vermişdir. İclasda şirkətin 2019-cu il üçün nəzərdə tutulan fəaliyyət planı ilə bağlı təlimatlar verilmiş və əsas fəaliyyət istiqamətləri müəyyən edilmişdir.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib