Martın 29-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşmüşdür.Görüşdə qeyd olunmuşdur ki, Azərbaycanla Macarıstan arasında əməkdaşlıq müxtəlif sahələrdə yüksək səviyyədə inkişaf edir. Hər iki dövlətin başçısı iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı niyyətlərini ifadə etmişlər. Bu baxımdan Azərbaycanın öncüllüyü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi xüsusi əhəmiyyət kəsb edir. İki qitəni birləşdirən bu layihə vasitəsi ilə Xəzər hövzəsində hasil edilmiş təbii qazın Avropa qaz şəbəkəsinə daxil olması qitənin bir çox ölkələrinə, o cümlədən Macarıstana da təbii qaz nəql edilməsinə imkan yaradacaqdır. Görüşdə Macarıstan tərəfi Dəhliz vasitəsi ilə qaz həcmləri əldə etmək marağını ifadə etmişdir.
Macarıstan ilə Azərbaycan və SOCAR arasında enerji əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı danışıqlar prosesinə başlanılmasına dair ilkin razılıq əldə olunmuşdur.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib