Global Fire Power: Azərbaycan Ordusu hərbi potensialına görə Cənubi Qafqazda birinci, dünyada 52-cidir
“Global Fire Power” mərkəzi 55 göstərici əsasında dünyanın ən güclü ordularının reytinqini açıqlayıb.
AZƏRTAC mərkəzin saytına istinadla xəbər verir ki, ümumilikdə 137 ölkənin yer aldığı siyahıda Azərbaycan Ordusu hərbi qüdrətinə görə 52-ci sıradadır. Azərbaycan bu göstərici üzrə region ölkələrini qabaqlayır. Belə ki, reytinq siyahısında Gürcüstan 85-ci, Ermənistan isə 96-cı yerdədir.
Reytinq siyahısı hazırlanarkən ölkələrin ordularının şəxsi heyətinin, ehtiyatda olan hərbçilərin, orduya yararlı insanların sayı əsas götürülüb. Bununla yanaşı, orduların arsenalındakı silahların müxtəlifliyi, nüvə potensialı, coğrafi mövqe, logistik imkanlar, təbii ehtiyatlar və ölkənin infrastrukturu nəzərə alınıb.
Siyahıda ilk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Yaponiya, Koreya Respublikası, Böyük Britaniya, Türkiyə və Almaniya orduları yer alıblar.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub