Bolqarıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov martın 12-də bu ölkənin Baş naziri Boyko Borisov ilə görüşüb.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan-Bolqarıstan dostluq münasibətlərinin inkişafından razılığın bildirildiyi görüşdə müxtəlif strukturlar, o cümlədən Müdafiə nazirlikləri arasında görüşlərin keçirilməsi yüksək qiymətləndirilib. Bunun ölkələrimiz arasındqa mövcud siyasi, iqtisadi, mədəni əlaqələrin, hərbi sahədə əməkdaşlığın tərəqqisi üçün yeni imkanlar açdığı ifadə edilib.
Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və beynəlxalq təhlükəsizliyə, sabitliyə təhdid təşkil edən faktorları pisləyib, onlara qarşı mübarizədə beynəlxalq səylərin effektivliyinin artırılmasının zəruriliyini də xüsusu vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub