Türkiyə Respublikasında keçiriləcək beynəlxalq qış təlimində ölkəmizi təmsil edəcək Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları qardaş ölkədə hazırlıq məşqlərini davam etdirirlər.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 28 ölkənin iştirak etdiyi qış təliminə hazırlıq məşqlərində hərbi qulluqçularımız antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini məşq edirlər. Döyüş əməliyyatları zamanı yüksək dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkarlanaraq təxliyəsi həyata keçirilir.
Türkiyə Respublikasının Qars şəhərində keçirilən məşqlərlə yanaşı, Kayseri şəhərində paraşütçü komandolarımız ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.
Qeyd edək ki, çoxmillətli, beynəlxalq səviyyəli qış təlimində hərbi qulluqçularımız çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirəcəklər.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub