İran və Azərbaycanın hərbi əməkdaşlığının daha da inkişaf etməsinə ümid edirik.
"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında deyib.
C.Cahangirzadənin sözlərinə görə, İran Azərbaycanı özünə dost və qardaş ölkə hesab edir:
"Hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan və İranın hərbi əməkdaşlığı ilə əlaqədar İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqerinin Azərbaycana səfərini xüsusi qeyd etmək olar. Bu səfər iki ölkənin hərbi sahədə əməkdaşlıqlarının yüksək səviyyədə olduğunu göstərir".
Xatırladaq ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqeri 16-17 yanvarda Azərbaycanda səfərdə olub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub