Yanvarın 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək müdafiə nazirinin əmri ilə leytenant hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərasimdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub.
Tədbirdə çıxış edənlər ilk zabit rütbəsinə layiq görülmələri münasibətilə kursu bitirən məzunlara təbriklərini çatdırıb, xidmətdə uğurlar arzulayıblar.
Sonda kursu müvəffəqiyyətlə bitirən kursantlara leytenant rütbəsinin poqonları və sertifikatlar təqdim olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub