MSN ilə Türkiyənin “Aselsan” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair müqavilə imzalanıb
Yanvarın 14-də Türkiyədə səfərdə olan Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndə heyəti bu ölkənin müdafiə sənayesi üzrə aparıcı şirkətlərindən olan “Aselsan”ı ziyarət edib.
MSN-dən bildiriblər ki, nümayəndə heyətinin “Aselsan” şirkətinin rəhbərliyi ilə görüşü təşkil olunub. Görüşdə nazirliyin müəssisələri ilə “Aselsan” şirkəti arasında icra olunmuş layihələrin əhəmiyyətindən danışılıb və yeni layihələrin icrasının önəmi vurğulanıb. Eyni zamanda, uzun müddətdir müzakirəsi aparılan müxtəlif növ rabitə vasitələrinin birgə istehsalının təşkilini nəzərdə tutan layihə üzrə qarşılıqlı razılıq əldə olunub.
Sonda Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi ilə “Aselsan” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair müqavilə imzalanıb.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub