Son dövrün məşhur müğənnilərindən sayılan Aleyna Tilkinin “Müslüm” filmində kamera qarşısına keçən Şahin Kendirci ilə sevgili olduğu iddia edilib.
“Ölkə.Az” xəbər verir ki, hər iki tərəf iddiaların yalan olduğunu açıqlayıb.
Şahin Kendirci “Müge ve Gülşenle 2.Sayfa” verilişində canlı yayıma qoşularaq iddialara cavab verib:
“Bu xəbərə sadəcə susdum. Çünki mən atamın və anamın yanında belə şeylərdən bəhs etməkdən utanıram. Bizim ailəmizdə belə şey ola bilməz. Mən sizin əlinizdə böyüdüm və siz məni uşaqlıqdan tanıyırsınız. Aleyna həmkarımdır. Onun işini bəyənirəm və hörmətlə yanaşıram. Onunla heç tanışlığımız yoxdur”.
Məsələ ilə bağlı Aleyna Tilkinin menecerləri də açıqlama verərək xəbəri yalanlayıblar.