09 yanvar 2019 20:21
1990

Hollivud ulduzu özünə ada alır

Amerikalı aktrisa və model Lindsi Lohanın ada alacağı barədə xəbərlər dolaşır.

“Ölkə.Az” xəbər verir ki, Hollivud ulduzu qonaq olduğu bir televiziya verilişində bu iddiaları təsdiqləyib.

Lindsi Cimmi Fellonun aparıcısı olduğu “The Tonight Show” verilişində qonaq olub. Məşhur ulduz haqqında çıxan “Lohan ada alır” iddiasını cavablandırıb. Lohan bir ada alacağını qeyd edib.

32 yaşlı aktrisa MTV kanalında “Lindsay Lohan's Beach Club” şousunu hazırlayır.

Qeyd edək ki, Lohan 2018-ci ildə Yunanıstanın Mikonos adasında bir otel, Rodos adasında isə “Lohan Beach House Rhodes”in açılışını edib.