Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2019-cu tədris ili üçün təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun topogeodeziya təminatının təşkili və hidroqrafiya işi ixtisaslı hərbi qulluqçuları ilə təlim-metodiki toplanış keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Naviqasiya və Kartoqrafiya İdarəsinin rəisi, 1-ci dərəcəli kapitan Davud Bağırlı Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən 2019-cu ildə qarşıya qoyulan tapşırıqları, eləcə də təşkil olunan toplanışda ixtisas üzrə məşğələlərin, fiziki, praktiki və test sınaqlarının müvafiq qaydada keçirilməsi ilə bağlı tövsiyələri şəxsi heyətə çatdırıb.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub