Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2018-ci ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib. "İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.
Müşavirədə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev 2018-ci il ərzində qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və 2019-cu ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması barədə Müdafiə nazirinin müvafiq tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub