07 yanvar 2019 16:58
1925

Məşhur modelin meyiti tapıldı - İntihar, yoxsa?...

Avstraliyanın məşhur modeli Annaliz Braakenzikin meyiti evindən tapılıb.

Ailəsi bir neçə gün idi ki, Annalizdən xəbər ala bilmirdi.

Avstraliyanın ən məşhur modellərindən olan Annalizin meyiti Sidneydəki evində tapılıb. Qorxunc hadisə ailəsinin və yaxınlarının ondan xəbər ala bilməməsindən sonra polisə məlumat verməsi ilə zə çıxıb.

45 yaşlı model aprel ayında 16 illik ərindən ayrılmışdı. Boşanmadan sonra Annalizin depresiyaya düşməsi və sosial şəbəkədə passivləşməsi diqqət çəkmişdi.

Gənc qadının intihar etdiyi ehtimal edilsə də, məhkəmə tibbi ekspertizadan sonra ölüm səbəbi üzə çıxacaq. Polis cinayət işi qaldırıb.