04 yanvar 2019 15:29
1613

İçərişəhərdə “Qış Qalası” festivalı davam edir

İçərişəhərdə yeni il festivalı - “Qış Qalası” davam edir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, festival müddətində paytaxt sakinləri və qonaqları Qoşa Qala meydanında müxtəlif növ suvenir, əl işləri və digər bayram atributlarının satışı üçün nəzərdə tutulan “Qış Qalası” çadırlarını ziyarət edirlər. Həmçinin ziyarətçilər təşkil olunan konsert proqramından zövq alır və bir sıra viktorinalara qoşulurlar.

Qeyd edək ki, ötən ilin dekabrın 15-dən start götürən festival yanvarın 6-dək davam edəcək.