18 fevral 2016 21:28
223

Amerikalı alimlər "uçan" dəniz ilbizləri tapıblar

Amerikalı alimlər "dəniz kəpənəkləri" adlanan dəniz ilbizlərinin üzmək üçün həşəratların havada uçarkən etdikləri hərəkətləri təkrarladığını müəyyən ediblər.

Alimlərin sözlərinə görə, xırda, şəffaf, jeleşəkilli ilbizlərin çanağından qanadaoxşar əlavələri var.

Demək olar ki, bütün planktonlar  bu üzvlərdən avar kimi istifadə edir, lakin  "dəniz kəpənəkləri" yuxarı qalxmaq üçün 8 formalı trayektoriya ilə hərəkət edərək, onlardan qanad kimi istifadə edir, bu da onları uçan şəhəratlarla oxşar edir.