11 dekabr 2018 16:13
949

“Hababam sınıfı”nın aktyoru dünyasını dəyişib

Türkiyə kinematoqrafiyasının şah əsəri olan “Hababam sınıfı” filminin aktyoru Tayfun Akalın dünyasını dəyişib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, aktyor bir neçə gün əvvəl qəzaya düşərək Ümraniye Dövlət Xəstəxanasına aparılıb.

Reanimasiyaya yerləşdirilən aktyorun həyatını xilas etmək mümkün olmayıb.