"Bal-E" raket sistemlərinin alınması məqsədilə danışıqlar aparmamışıq və kompleksin əldə edilməsi niyyətimiz də olmayıb".
"Report" xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirlik son günlər müxtəlif kütləvi informasiyalarda vasitələrində “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Bakıya satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatları təkzib edib.
“Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin olunması məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir”, - məlumatda qeyd olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub