Fransanın "MBDA Systems" şirkəti Azərbaycana ASTER 30 SAMP/T və "VL Mica" hava hücumundan müdafiə sistemləri tədarük edəcək.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, xəbəri interfax.az saytı yayıb.
"Biz bu sistemlərin Azərbaycana ixracı üçün Fransa dövlətindən icazə almışıq. Azərbaycan tərəfi ilə ASTER 30 SAMP/T və "VL Mica" hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair danışıqlar yaxın zamanlarda yekunlaşacaq", - deyə şirkətin nümayəndəsi "AzeriDefence" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bu komplekslərin imkanları ilə tanış olub və məmnundur. "Bu sistemin Azərbaycanın hava hücumlarından müdafiəsini ən mükəmməl şəkildə təmin edəcəyini düşünürük", - o qeyd edib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub