29 noyabr 2018 18:40
2398

Murad indi də onunla eşq yaşayır?

Bir müddət əvvəl aktrisa Hande Erçeldən ayrılan müğənni Murad Dalkılıçın indi də başqası ilə eşq yaşadığı iddia olunur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorun aktrisa Melis Sezenlə sevgili olduğu deyilir. Yayılan iddialara səbəb isə ikilinin paylaşdığı fotolardakı yataq örtüsünün oxşar olmasıdır.

Cütlük sosial media hesablarına eyni vaxtda şəkil yerləşdirsə də Murad sonradan onu silib.

Murad və Melisin artıq 2 aya yaxındır eşq yaşadığı deyilir.

Qeyd edək ki, Murad aktrisa Merve Boluğurla evli idi. Bir müddət sonra boşanan Dalkılıç ardınca da Hande Erçellə eşq yaşamağa başlamışdı. Lakin ikilinin münasibəti çox davam etmədi.