Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi, general-polkovnik İqor Korobov 62 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, İqor Korobov 2016-cı ildə - sələfi İqor Serqunun vəfatından sonra bu vəzifəyə təyin olunmuşdu.
Rusiya Federasiyası Müdafiə Nazirliyindən TASS agentliyinə verilən məlumata görə, İqor Korobov 1985-ci ildən hərbi kəşfiyyatda işləyib, bir çox yüksək dövlət mükafatları ilə təltif olunub.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO