21 noyabr 2018 20:17
3489

Neslihan Atagül Bakıya gələcək

"Kara Sevda" serialı sayəsində Azərbaycanda da xeyli populyarlaşan türk aktrisası Neslihan Atagül yenidən Bakının qonağı olacaq.

Publika.az-ın əldə etdiyi məlumata əsasən məşhur aktrisanın gəlişinin məqsədi reklam siması olduğu şampun markasının təşkilatçılığı ilə keçirilən "Altın kelebek" ödülləri ilə bağlıdır.

Məlumat üçün bildirək ki, Türkiyədə keçirilən “Altın Kelebek” mükafatı uğrunda azərbaycanlı məşhurlardan Xalq artisti Aygün Kazımova, Xatirə İslam, Dilarə Kazımova, Aysel Əlizadə, Günay İbrahimli və Səmra Rəhimova mübarizə aparır. Azərbaycanı bu gecədə təmsil edəcək müğənni dekabr ayında müəyyənləşəcək.

Qeyd edək ki, Neslihan Atagül ötən il də Bakının qonağı olmuşdu.