Noyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, hər il olduğu kimi soyuq aylarda şəxsi heyətin infeksion xəstəliklərdən qorunması məqsədilə Ali Məclisin adından 6 ton 400 kiloqram sarımsaq Naxçıvan Qarnizonunun bütün hərbi hissə və birləşmələrinə təqdim olunub.
AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülüb, ordu, birləşmə və hissələr müasir xidmət şəraiti ilə təmin olunub. Hərbi hissələrdə əsgəri-məişət-yaşayış kompleksləri tikilib, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılıb. Ordu quruculuğu sahəsində görülən tədbirlər içərisində şəxsi heyətin sağlamlığının qorunması xüsusi yer tutur. Ali Məclis Sədrinin tapşırığına əsasən, soyuq aylarda şəxsi heyətin infeksion xəstəliklərdən qorunması məqsədilə 6 ton 400 kiloqram sarımsağın Naxçıvan Qarnizonunun bütün hərbi hissə və birləşmələrinə təqdim olunması da bu istiqamətdə görülən işlərin davamıdır.
Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov göstərilən qayğıya görə şəxsi heyət adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.
Sonra gətirilmiş sarımsaq hərbi hissələrə təhvil verilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub