Birləşmiş Ştatların neft ehtiyatları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6,3 milyon barrel (1,5 faiz) artaraq 422,8 milyon barrelə çatıb. Bazar proqnozları ehtiyatların 3,7 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 6,5 milyon barrel artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə 1,2 milyon barrel (0,2 faiz) azalaraq 656,5 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları da ötən hesabat həftəsində 4,8 milyon barrel (2,1 faiz) azalaraq 229,3 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,9 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 2 milyon barrel azalmışdı.
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb