Müğənni Elnarə Xəlilova yenidən aparıcılıq edəcək.
Publika.az xəbər verir ki, bu barədə sənətçi instaqramda məlumat yayıb:
“1 noyabrdan etibarən həftə içi 5 gün saat 11-13 arası Antenne Fm 101 fm-də mənim təqdimatımda konfet kimi bir şou başlayır. Verilişimizdə mətbəx, dəb, sağlamlıq, gözəllik, ailə və məişət kimi rubrikalarımız olacaq”.
Ulduz bildirib ki, Antenne fm-in dalğasından 2 saat boyunca həm özü, həm də mütəxəssislər gözəllik, sağlam qidalanmaq və cavanlıq sirləri ilə bağlı verilən suallara cavablandırmağa və faydalı məsləhətlər verməyə çalışacaq.