Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən naviqasiya və kartoqrafiya təyinatlı “N” hərbi hissəsinin döyüş hazırlığının yoxlanılması məqsədilə təlim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, təimin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların döyüşə hazırolma səviyyəsini yüksəltmək, qərar qəbuletmə təcrübəsini təkmilləşdirmək, həmçinin şəxsi heyətin topogeodeziya xarakterli tapşırıqları operativ icra etmə bacarığını yüksəltməkdən ibarətdir.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub