Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.
Müdafiə Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində 15 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 22 nümayəndəsinə hərbi hissə haqqında məlumat verilib.
Sonra onlar burada şəxsi heyət üçün yaradılan şərait və hərbi hissənin silahlanmasındakı döyüş texnikası ilə tanış olublar.
Qonaqlar ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub