08 oktyabr 2018 18:47
2414

Azərbaycanlı aktrisa ikinci mərtəbədən yıxıldı

Aktrisa Ülfət Bəşir ikinci mərtəbədən yıxılaraq, xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bu hadisə kino çəkilişləri zamanı baş verib.

O, bu haqda “İnstagram” hesabında məlumat verib:

“Dünən “Əfsanə qayıdır” filminin setində çox çətin bir səhnəm var idi. 2-ci mərtəbədən yıxılmalı idim. Filmin rejissoru həmin səhnə üçün dublyor gətirsə də, mən istəmədim və özüm oynadım. Nəticəsi isə belə oldu. Əsas odur ki, işimi sevə-sevə görürəm”, - deyə aktrisa bildirib.