06 oktyabr 2018 01:01
2915

Rianna özünə lağ etdi

Məşhur amerikalı müğənni Rianna özünün "Fenty" brendinin yeni kolleksiyasının təqdimatına qatılıb.

Milli.Az bildirir ki, 30 yaşlı müğənni Sinqapurdakı təqdimat mərasimindən fotoları İnstagram-dakı profilində paylaşıb.

Rianna fotolarından birini mem şəklinə salaraq yazıb: "Fanatlar səndən yeni musiqini paylaşmanı istərkən". O, fotonu bu sözlərlə müşayiət edib: "Mənə hücum çəkirlər. Səslə hücuma məruz qalmış vadi qızı. R9-un xronikaları".

Rianna yeni albomunu "R9" adlandırıb.