Bu il seçilən “Türkiyə gözəli” Şevval Şahinin anasının azərbaycanlı olduğu məlum olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Habertürk” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, “Miss Turkey”in birincisi 6 yaşından etibarən ailəsi ilə birgə İngiltərəyə köçüb. Onun atası sivaslı, anası isə azərbaycanlıdır. Londonda yaşayan Şevval moda üzrə təhsil alır.
Bu məqamda bildirək ki, Şahinin burnunun estetik olduğu üçün tacının geri alınması barədə qalmaqal yaranmışdı.