Amber Heardla boşandıqdan sonra səssiz qalan Hollivud ulduzu Johnny Depp "GQ" jurnalına açıqlama verib.
Milli.Az xəbər verir ki, 55 yaşlı aktyor ilk dəfə olaraq aktrisa xanımına şiddət göstərməsi barədə danışıb.
O, son üç ildə azğın kimi hərəkət etdiyini qeyd edib. Depp Amberə şiddət göstərdiyini etiraf etməyərək ona qarşı yaradılan kampaniyalardan söhbət açıb.
Aktyor bildirib ki, əgər insanların ona qarşı belə sərt reaksiyaları davam edərsə, kino sənətindən birdəfəlik gedəcək.