03 oktyabr 2018 16:13
2768

"Məhəllə 3"ə nə "Tofiq", nə də "Qüdrət" dəvət olunub

Əməkdar artist Rafael İsgəndərov "Bu şəhərdə"nin yeni tamaşasından danışıb. 

Axşam.az-a açıqlama verən aktyor bildirib ki, hazırda məşq edirlər:

"Hamısı yeni səhnəciklərdir. Bircə "Toy" səhnəmiz qalıb. Bir çox verilişləri parodiya edəcəyik. Bir də gəlin-qayınana səhnəmiz var. Hər il konsertə hazırlaşanda karifeylərə zəng edib, ofisimizə çağırırq. Onlara senarini göstərib razılıq alırıq. Hələ bizə etiraz edən olmayıb".

R.İsgəndərov üçüncüsü çəkilən "Məhəllə" filmindən bəhs edib. Bundan əvvəlki bölümlərdə Qüdrət obrazını canlandıran aktyor qarşı tərəfdən dəvət almadığını söyləyib:

"Filmdə nə Qüdrət, nə Tofiq (aktyor Coşqun Rəhimov) olacaq. Yəni nə mən, nə Coşqun dəvət almamışıq. Təklif olunsa da, razılaşmayacaqdıq".

"Bu, bir vaxtlar aranızda baş verən qalmaqala görədir" sualına Rafael belə cavab verib:

"Hamınız hər şeyi bilirsiniz. Amma heç aramızda belə böyük qalmaqal da yaşanmayıb".
 
Aktyor "Bu şəhərdə"nin də film çəkmək arzusunda olduğunu bildirib:

"Gələcəkdə olacaq. Amma hələ başımız qastrol səfərlərinə qarışıb".

Qeyd edək ki, "Məhəllə" filmini Tahir və Cabir İmanov qardaşları çəkir.