02 oktyabr 2018 14:05
1971

Tamilla Həsənovanın əsərləri mənə Pikassonu xatırladır

Tamilla Həsənovanın əsərləri çox maraqlıdır. O, müasir Azərbaycan qadınını təqdim edib. Əsərlərdə Bakı şəhərinin simvolik binalarını gördük. Bütün bunlar ölkəni gedib gəzmək, görmək istəyi doğurur.

Bu fikri “Azərbaycanda tətil” sərgisini ziyarət edən lüks sahəsində ixtisaslaşmış redaktor Kira Brenzinger AZƏRTAC-a müsahibəsində bildirib.

Qeyd edib ki, gənc rəssamın daha çox göy rəngə üstünlük verdiyi görünür. Bu baxımdan Pikassoya oxşayıb. Çünki Pikasso da göy rəngə üstünlük verib. Göy rəng əbədilik, sadiqlik rəmzi sayılır. Müxtəlif janrlarda çəkilən əsərlər çox maraqlıdır.