02 oktyabr 2018 01:39
2328

Demet Gülşənlə barışdı, Sereni sildi

Yeni boşanan müğənni Demet Akalın müğənni Seren Serengillə əlaqələrini kəsib.

Axşam.az bildirir ki, Demet həmkarının çətin günlərində yanında olmadığını deyib. Akalın Sereni İnstaqram hesabında izləmədən çıxarıb. Sentyabrın 12-si boşanan sənətçi sosial media hesabının hekayə bölümündə açıqlama olaraq bu sözləri yazıb:

"Ayın 11-nə kimi gündə 1500 dəfə zəng et. Amma iki həftədir səs-sorağı yoxdur. Gülməlisiniz".

Demet müğənni Gülşənlə də münasibətini bu səbəblə bitirmişdi. Lakin Gülşən ötən həftə müğənniyə zəng edib. Ardınca ikili barışıb.