Bu ilin yanvar-avqust aylarında Bakının mədənçıxarma sektorunda xam neft istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb, təbii qaz hasilatı isə 0,5 faiz artıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadla xəbər verir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-avqust aylarında 27,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox sənaye məhsulu istehsal edilib.
Sənaye məhsulunun 82,6 faizi mədənçıxarma sektorunda, 15,5 faizi emal sektorunda, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb