Almaniyanın BASF kimya sənayesi konserni ilə Rusiya və İsrail vətəndaşı olan iş adamı Mixail Fridmana məxsus “LetterOne” şirkəti arasında neft-qaz qurumlarını, yəni müvafiq olaraq, “Wintershall” və “Dea” şirkətlərini birləşdirmək barədə saziş imzalanıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Avropanın ən iri müstəqil neft-qaz şirkəti olacaq yeni yaradılan “Wintershall Dea” şirkəti həmçinin Latın Amerikası, Yaxın Şərq və Şimali Afrikada da fəaliyyət göstərəcək.
İlkin mərhələdə səhmlərinin 67 faizi BASF, 33 faizi də “LetterOne” şirkətinə məxsus olan “Wintershall Dea” 2021-2023-cü illər ərzində gündəlik neft hasilatını 750-800 min barel neft ekvivalenti səviyyəsinə çıxarmağı nəzərdə tutur. Yeni şirkətdən gözlənilən illik gəlir 200 milyon avrodur.
2017-ci ildə hər iki təsisçi şirkətin ümumi gəliri 4,7 mlrd. avro, xalis mənfəəti isə 470 mln. avro olub.
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb