28 sentyabr 2018 17:50
2183

Ancelina Coli bu dəfə fərqli obrazda

Hollivud ulduzu Ancelina Coli “Come Away” filminin çəkilişi zamanı kameralara tuş gəlib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, aktrisa bu dəfə tamamilə başqa imicdə tamaşaçı qarşısına çıxmağa hazırlaşır. Filmdən ilk fotolar sosial şəbəkədə paylaşılıb. Saçlarını sarıya boyayan Colinin görünüşü izləyicilər tərəfindən çox bəyənilib.

Qeyd edək ki, filmin rejissoru Brenda Çapmandır.