“Shell” enerji şirkəti ABŞ-da Kern əyalətindəki yataqları körfəz sahəsi ilə birləşdirən kəməri satmaq niyyətindədir. Kəmərin satılmasının hələ ki, yerli istehlakçılara bir təsiri olmayacaq, lakin tədricən bu qərar yerli hasilatçıların işində dəyişikliklərə səbəb ola bilər.
San-Fransisko yaxınlığında gündəlik 160 min barrel emal gücü olan Martinez zavodunu satmaq niyyəti “Shell”in ümumiyyətlə, Kaliforniyanın neft sənayesindən çıxmaq fikrində olduğunu göstərir. Şirkət oradakı “Big West” neftayırma müəssisəsini hələ 2005-ci ildə satmışdı, elə həmin il Venturadan Los-Ancelesə qədər olan neft kəmərini satmaqla bağlı danışıqlara başlamışdı.
“Shell”in kəmər satışlarının istər-istəməz yerli yataqlarda səngimələrə səbəb olacağı güman edilir, çünki bu yataqların məhsullarının bazara çıxarılması həmin kəmər sistemi vasitəsilə həyata keçirilirdi.
Xatırladaq ki, son iki ildə “Shell” çoxlu sayda iri beynəlxalq aktivlərini satıb. Bunu şirkətin Böyük Britaniyaya məxsus “BG Group” şirkətinin 54 milyard dollar dəyərində hissəsini alması və satışdan əldə etdiyi vəsaiti ora ödəməsi ilə əlaqələndirirdilər. Şirkətin Kaliforniyadakı kəmər sistemini satmasının borclarını ödəməklə əlaqəli olub-olmadığı hələlik məlum deyil.
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb