SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi (YDM) MDB-də ən yaxşı YDM seçilib.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. “SOCAR Energy Ukraine” şirkətinə məxsus Odessa şəhərindəki yanacaqdoldurma məntəqəsi “Sovremennaya AZS” (“Müasir yanacaqdoldurma məntəqəsi”) jurnalının ekspert komissiyasının araşdırmasına əsasən MDB ölkələrində ən yaxşı məntəqə seçilib.
Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir və şirkət 2009-cu il dekabrında yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın topdan və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir. SOCAR tərəfindən şirkətə fəaliyyətə başladığı dövrdən etibarən ümumilikdə 286 milyon dollar həcmində sərmayə yatırılıb. Şirkətin Ukrayna ərazisində 61 YDM-i fəaliyyət göstərir. Ukraynada “SOCAR Energy Ukraine” şirkətinə məxsus 4 neft bazası Kiyev, Odessa, Lvov və Xarkov şəhərlərində fəaliyyət göstərir. Bu ilin birinci yarısında “SOCAR Energy Ukraine” ölkəyə 250 milyon kubmetr təbii qaz idxal edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur.
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb