48 yaşlı Mustafa Sandal boşandıqdan sonra tanınmaz hala düşüb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı dünən ticarət mərkəzində görüntülənib.
Əminə Yahoviçdən ayrıldıqdan sonra idmanla ciddi məşğul olmağa başlayan Mustafa jurnalistləri görən kimi "İclasım var" deyərək müxbirlərdən qaçıb.
Ulduzun qayğılı, yorğun və yaşlanmış siması pərəstişkarlarını məyus edib. O, instaqramda arıqlaması haqqında açıqlama verib:
“Alış-veriş mərkəzində qəflətən qarşıma çıxan fotoqraf yanlış və tərs işıqla fotomu çəkib. Nəticədə pis foto alınıb...Gördüyünüz kimi əməliyyat və ya sıxıntı yoxdur”.