Azərbaycan hərbi sahədə istifadə üçün nəzərdə tutulan "Tufan" zirehli maşınını nümayiş etdirib.
Zirehli texnika Bakıda keçirilən "ADEX-2018" 3-cü Beynəlxalq Müdafiə Sərgisinə çıxarılıb.
Uzunluğu 7300 mm olan maşının eni 2440 mm, hündürlüyü isə 2820 mm-dir. Maşının təkər bazası 3820 mm-dir. Ümumi çəkisi 15 min kiloqram olan texnikanın məmulat yükü 12 min kiloqram, faydalı yükü isə 3 min kiloqramdır.
Zirehli maşın artıq yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub