Azərbaycan yeni aviasiya bombasının istehsalına başlayıb.
AzVision.az xəbər verir ki, yeni istehsal olunan "QFAB-250 LG" adlı bombanın çəkisi 250 kiloqramdır.
Lazer nişangahlı qəlpəli-fuqaslı aviasiya bombasının uçuş məsafəsi 12 min metrdir. Bomba düşdüyü yerdən 10 metr kənara qəlpə verir. Bombanın uzunluğu 3300 mm, diametri 240 mm-dir.
Qeyd edək ki, Türkiyənin "Aselsan" şirkəti ilə müştərək hazırlanan bomba sınaqdan sonra istifadəyə veriləcək.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub