Cari ilin ilk 6 ayında ABŞ xam neft ixracının 21 faizini Çinə həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, cari ilin birinci yarısında ABŞ ən çox Çinə xam neft ixrac edib. Bu dövrdə ABŞ-ın neft ixracı ümumilikdə gündəlik 1,8 milyon barrel olub. Bu həcmin sutkada orta hesabla 376 min barreli, yəni 21 faizi Çinə göndərilib.
Hesabat dövründə ABŞ-ın ikinci ən böyük neft ixrac etdiyi Kanada olub. İlk 6 ayda bu ölkəyə gündəlik orta hesabla 334 min barrel neft satılıb.
Birləşmiş Ştatların neft ixrac etdiyi ən böyük bazar Asiya, ikinci bazar isə Avropa olub. İtaliya ABŞ-dan sutkada orta hesabla 165 min barrel neft idxal edərək Birləşmiş Ştatların neft ixrac etdiyi əsas Avropa ölkəsi olub.
ABŞ-ın neft ixracı ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə gündəlik 787 min barrel artıb. İyun ayında isə ölkənin neft ixracı sutkalıq 2,2 milyon barrelə yüksəlib.
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb